• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1336
— 13.12.2022 20:38

Onlayn alışverişdə daha sərfəli çatdırılma xidməti

KepezTV Player

Universal poçt xidmətləri göstərən “Azərpoçt” klassik biznes profilini genişləndirərək karqo xidmətini istifadəyə verib. Vətəndaşların tələbatına əsasən yaradılan “Post Cargo” xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması daha güvənli və sərfəli hesab edilir.

Onlayn alış veriş indi daha sərfəli tariflərlə mümkün olacaq. Belə ki, Türkiyədən olan sifarişlərin vətəndaşlara daha rahat çatdırılması üçün azərpoçt kargo xidmətini istifadəyə verib. Bunun üçün “Post Cargo” xidmətinin mobil tətbiqini yükləmək kifayətdir.

1500-dək şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə edə biləcəklər. Ölkəyə 3-5 iş günü ərzində və kiloqramı 3,2 dollardan başlayan qiymətlərlə çatdırılan sifarişlər üçün vətəndaşlar ölkə daxili karqo pulu ödəməyəcəklər.

Ruslan Əliyev şəhər sakini: Mən qabaq kargo ilə sifariş edirdim. İndi isə azərpoçtla zakaz elədim. Çünki bu daha güvənlidi. Və məhsullar itmir. Hamısı qeydiyyatla gəlir. Bunları da Türkiyədən trendyoldan zakaz eləmişəm. Tariflərdə digərinə baxanda azərpoçtla daha yaxşıdı.

Mədinə Muradova şəhər sakini: Əvvəl həmişə tredyoldan özəl kargolarla sifariş edirdim. İnid gəlirəm elə burdan sifariş edirəm. Daha rahat daha münasib sərfəli qiymətlərlə daha əlverişidir.

“Azərpoçt” biznes mühitində rəqabətliliyin inkişafı üçün bütün ölkəni əhatə edən poçt şəbəkəsindən digər sahibkarların da faydalanması üçün şərait yaradır. Qurum artıq uzun müddətdir ki, 5 karqo şirkəti ilə əməkdaşlıq edir və bunu davam etdirməyi planlaşdırır.

Fəridə Novruzova "Azərpoçt" MMC-nin Marketing şöbəsinin müdiri -Bu günə kimi universal poçt xidmətləri göstrən azərpoçt klassik biznes profilini genişləndirərək kargo xidmətini də xidmətlər siyahısına əlavə etdi. Post kargo xidmətinin üstünlükləri ondan ibarətdir ki, vətəndaşlar etdoyi sifarişləri poçt şöbəsində təhvil almaq üçün əlavə heç bir ödəniş etməyəcək.Onlar yalnız Türkiyədən Bakıya qədər olan daşıma tariflərini ödəmiş olurlar.

“Azərpoçt”un yeni xidməti ilə yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da alış-veriş mümkün olacaq.