• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 12.12.2022 19:53

Gəncəli boksçu beynəlxalq toplanışda olub

KepezTV Player

Boks üzrə böyüklərdən ibarət milli komandamız İspaniyada təlim-məşq toplanışında olub. Hazırlıqda yığmanın tərkibində gəncəli dəri əlcək ustası Nəbi İsgəndərov da iştirak edib.
 

Millimiz paytaxt Madrid şəhərində toplanış keçib. Baş məşqçi Pedro Rokenin rəhbərliyi ilə priney yarımadasında hazırlıq keçən seçməmizin heyətində 13 idmançı yer alıb. 2022-ci ildə baş tutan yarışlardakı uğurlu nəticələri ilə komandanın əsas üzvünə çevrilən Gəncə boks mətkəbinin yetirməsi Nəbi İsgəndərov da milli ilə birgə beynəlxalq xarakter daşıyan toplanışa qatılıb. 67 kq çəkidə çıxış edən Nizami yurdunun təmsilçisi qarşıdan gələn mühüm yarışlar üçün hazırlıq keçib. İki həftəyə yaxın davam edən təlim-məşq toplanışında yerli idmançılarla yanaşı bir neçə digər ölkədən olan boksçular da iştirak edib.

Nəbi İsgəndərov gələn il keçiriləcək yarışlardan da danışıb. Gənc boksçu beynəlxalq turnirlərlə yanaşı, lisenziya xarakterli yarışlara da hazırlaşdıqlarını söyləyib.

İspaniyadakı toplanış Nəbi İsgəndərovun milli ilə birgə cari il ölkədən kənarda keçirdiyi ikinci hazırlıq olub. Bundan öncə boksçu avqustda ABŞ-da təlim-məşq toplanışında iştirak edib.