• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 10.12.2022 19:06

"Qala" 3 xalı 3 cavabsız qolla qazandı

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə keçirilən region liqasının Şimal –Qərb regionu üzrə 5-ci turun oyunları keçirilir. Bu həftə qarşılaşmaları çərçivəsində Şəmkirin Qala klubu evdə Göygöl qəbul edib.
Yeni yaradılan hər iki klubun dueli qarşılıqlı hücumlarla başlayıb. Qonşu pillələrdə qərarlaşan kollektivlərin birinci hissədə bir neçə epizodda qol vurmaq imkanları olsa da, fasiləyədək hesab dəyişməyib. İkinci hissəyə meydan sahibləri aktiv start veriblər. Ard-arda rəqib qapısına yüklənən Elşad Mirzəyevin yetirmələri hesabı açmağa müvəffəq olublar. Şəmkirlilərin heyətində Məhərrəm Bayramlı fərqlənib. Oyunun irəliləyən dəqiqələrindən qonaqlar azlıqda qalıblar. Araz Mənsurov və Rafiq Məmmədzadə hakimə qarşı nalayiq ifadə işlətdikləri üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Say üstünlüyündən maksimum istafadə edən Qala görüşün sonunadək daha iki dəfə qonaqların qapısına yol tapa bilib. Əvvəlcə Bəşir Qarayev, ardınca isə Anar Rzayev yerli azarkeşləri sevindirib. Nəticədə 3 cavabsız qolla qələbə qazanan Qala aktivinə əlavə etdiyi 3 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlib.