• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2338
— 10.12.2022 12:11

Şəmkirdə iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

KepezTV Player

Şəmkirin "Kraz yolu" adlanan ərazisində "VAZ" markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. İlkin məlumata görə, hadisəyə sürücülərdən birinin hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.