• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 09.12.2022 19:57

Şəkərli diabetdən əziyyət çəkən insanların sayı niyə artıb?

KepezTV Player

Bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkidən əziyyət çəkənlərin sayı artır. Artıq çəkinin yartadığı problemlər içərisində isə şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri əsas yer tutur. 2020-ci illə müqayisədə ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb.

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir. Bu isə əhalinin 20 faizi deməkdir. Artıq çəki isə bir sıra xəstəliklərə səbəb olur. Şəkərli diabet bu xəstəliklərin başında gəlir. Ötən ilin rəqəmlərinə görə, bu xəstəlikdən əziyyət çəkənlərin sayının 300 mini ötməsi məsələnin ciddiliyinindən xəbər verir.
Əksər hallarda xəstəlik gizli şəkildə getdiyinə görə bəzi məqamlara diqqət yetirmək lazımdır. Mütəxəssislərin fikrincə, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkərli diabetin olması barədə xəbərdarlıq edir. Çoxlu su içmək, halsızlıq, ayaqlarda uyuşma, gecə yuxudan oyanaraq bir neçə dəfə sidiyə getmə, bulanıq görmə və digər əlamətlər diabetdən şübhələnmək üçün əsas verir.
Diabet genetik faktorlardan və ətraf mühit faktorlarından asılıdır, lakin sağlam pəhriz saxlamaqla və aktiv həyat tərzi sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etmək mümükündür.
Hal hazırda Gəncədə qeydiyyatda olan şələkli diabet xəstələrinin sayı 14 136 nəfər təşkil edir. Ötən illə müqayisədə bu say 427 nəfər çoxdur.