• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 09.12.2022 15:59

“Turan Tovuz”dan qərb derbisində əzmkar qələbə

KepezTV Player

Futbol üzrə Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları başa çatıb. Son oyun günü qərb derbisində "Kəpəz" evdə "Turan Tovuz"la qarşılaşıb.

Görüş erkən qolla başlayıb. 9-cu dəqiqədə Mate Kvirkviyanın sol cinahdan qapı önünə göndərdiyi topa Abdullahi Şuaybu özünü yetirərək çərçivədən keçirib və meydan sahiblərini hesabda irəli çıxarıb. Sarı göylərin 34-cü dəqiqədə fərqi iki topa çatdırmaq şansı olub. Cərimə meydançasında əllə oyuna görə hakim VAR-a müraciət edib. Daha sonra ədalət qoruyucusu ağ nöqtəni göstərsə də, topun arxasına keçən Tural Axundov fürsəti əldən verib. Birinci hissənin sonuna yaxın qonaqlardan Natan Oduvanın baş zərbəsini qapıçı Orxan Sadıxlı dəf edərək status-kvonun bərpa olunmasına şərait yaratmayıb. İlk yarı Kəpəzin 1:0 hesablı üstünlüyü bitib. Növbəti 45 dəqiqəyə tovuzlular yaxşı başlayıblar. Top dağlıların müdafiəçisi Peyman Keşavarzinin əlinə dəydiyi üçün Kəpəzin qapısına penalti təyin olunub. 11 metrlik cərimə zərbəsini dəqiqə yerinə yetirən Runi Eva hesabı bərabərləşdirib. 64-cü dəqiqədə Turan Tovuz ikinci topu rəqib qapısından keçirib. Bu dəfə Ehtiram Şahverdiyev fərqlənən oyunçu olub. Qarşılaşmanın əsas vaxtına artırılan əlavə dəqiqələrdə isə gəncəlilərin hesabı bərabərləşdirməsinə qolkiper izin verməyib. Yekunda 1:2 hesabıyla qalib gələn Turan Tovuz cavab görüşünə üstün yollanıb.