• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 09.12.2022 12:08

Avtomobil dərəyə aşıb, ölənlər var

KepezTV Player

Qazax rayonunun Ağköynək kəndində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "KİA" markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Ağköynək kənd sakinləri, 1982-ci il təvəllüdlü Qaragözov Kamil İsrail oğlu və 1981-ci il təvəllüdlü Vəliyev Rəşad Musa oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Onların meyitləri əzilmiş avtomobildən Fövqəlаdə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.