• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 08.12.2022 20:35

Gəncədə minik maşını çörək sexinə çırpılıb

KepezTV Player

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Olay Nizami Sovxozu adlanan ərazidəki dairədən Dəmiryol vağzalına gedən yolda, Zülfü Hacıyev küçəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Cavid Hüseynov VAZ 2107 markalı minik maşınında idarəetməni itirib. Avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə çörək bişirmə sexinə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alsa da, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, tikiliyə isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.