• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 07.12.2022 20:32

Millinin İsveçlə səfər oyununun yeri məlum olub

KepezTV Player

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. Qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək. Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.