• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2448
— 07.12.2022 20:52

Yaradıcı gənclər təlimlərə cəlb edilib

KepezTV Player

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şuşa ilinə həsr edilən və Tovuz “Gənclər Paytaxtı” Tədbirlər Planlarına müvafiq olaraq gənclərin “Yaradıcılıq emalatxanası” layihələri həyata keçirilib. “Şuşa yaradıcılıq emalatxanası”nda gənclər incəsənətin foto, rəssamlıq və telejurnalistika sahələri üzrə, “Tovuz yaradıcılıq emalatxanası”nda isə kino, teatr, rəqs və estrada ifaçılığı sahələri üzrə təlimlərdə iştirak ediblər. Layihələrə ümumilikdə 80-dən çox gənc qatılıb. Layihələrin bağlanış konserti və yekun sərgisi rayondakı Nizami Mədəniyyət Evində baş tutub. Yekun tədbir zamanı gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdirdilər.