• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 07.12.2022 20:44

Libasları kirayələyərək xəstəliyin satın alınması

KepezTV Player

Kirayə geyimlərə, xüsusən də ziyafət libaslarına tələbat artıb. Gəlinlik donlarından tutmuş müxtəlif tədbirlərə getməyə hazırlaşan xanımların əksəriyyəti belə məkanlara üz tuturlar. Paltar almaqdansa, kirayə götürüb, necə deyərlər, gündə bir don geyinməyə üstünlük verənlər bununla dəri və infeksion xəstəlikləri də satın aldıqlarının çətin ki fərqində olurlar. Qarşıdakı sujetdə bu barədə danışacağıq.

Gəncədə də, kirayə geyimlərə maraq artıb. Belə xidmətlər təklif edən məkanların artan sayı buna dəlalət edir. Xüsusən də xanımlar, yüksək məbləğ ödəyib geyim almaqdansa, seçim edib kirayə götürməyə üstünlük verirlər. Belə geyimlər sırasında ziyafət üçün olanları üstünlük təşkil edir.

Türkan Cəfərli şəhər sakini: Həm münasib qiymətə, həm zövqlü, Həm də, bilirsiz də qadınlar bir geyindiyi paltarı ikinci dəfə geyinmək istəmir. Ona görə deyərdim ki, bizim üçün fürsətdir belə seçimlərin olmağı. Satışda 300-400 manat olan geyimləri, burdan 50-100 manata kirayə götürürük. Buda bizə sərfəlidir.

Kirayə geyimlərin qiymətləri formasına, rənginə və materialına görə fərlənir və müştərilərin seçiminə verilir. Hər dəfə təhvil alınan geyim isə, yuyulur, təmizlənir sonra müştərilərin ixtiyarına buraxılır.

Günay Qarayeva satıcı: Çox yaxşıdır kirayə donlara maraq. Bizim daimi müştərilərimizdə çoxdu. 40 manatdan 150 manata qədərdir donlar. Gün ərzində 10-15 don veririk kirayə. Hər toydan gələndə donlar, yuyulmaya verilir, ütülənir ondan sonra vitrinə asılır.

Həkimlər isə xanımları kirayə geyimlərdən istifadə edərkən maximum diqqətli olmağa çağırır. Geyim kirayələməyin, ələxsus da uşaqlar üçün icarə əsasında paltar götürməyin sonda xoşagəlməz hallara yol aça biləcəyi barədə xəbərdar edirlər.

Elvira Qapaqova həkim-allerqoloq: Hər bir paltar, geyinildikdən sonra, kimyəvi təmizləməyə verilməli ya adi qaydada yuyulmalıdır. Mütləq şəkildə. Niyə? Çünki, nəzərə almaq lazımdır ki, dəri üzərində olan mikrobakteriyalar daxil müəyyən bakteriyalar vardır ki, bu invidualdır. Yani hər hansısa uşaqda və ya böyükdə olan mikrob kulturası digərində olmaya bilər. Bu o nəticəyə gətirə bilər ki, dəridə müxtəlif səpkilər, infeksiyon xəstəliklər, kontakt dermatitlərə yol aça bilər. Kontakt Dermatitlər nədir? Əziz valideynlər, xüsusən biz bunu uşaqlarda görürük elə qadınlarda müraciət edirlər, müxtəlif qaşınan səpki türü ilə. Niyə? Çünki, bilirsiz ki, müxtəlif toy şənlikləri və ya hansısa tədbirlərdə kosmetik vasitələrdən istifadə olunur. Burda kimyəvi qatqılar olduğu üçün, bu qatqılar paltarların səthinə düşür. Yuyulma aparılmasa, digər insanlarda allergik reaksiyalar, infeksiyalar yarada bilər.

Geyimlərin təmizliyinə, gigiyenasına əmin olmaq mühüm əhəmiyyət daşıyır. Fərqlilik yaratmaqla yaxşı görsənmək üçün, canı xəstə salmaq heç də arzuolunan deyil.

Nərgiz Əhmədqızı