• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 07.12.2022 20:37

Səbəti ilə məşhur olan Nizami yurdu

KepezTV Player

 

Hər bölgəni məşhur edən nə isə var. Məsələn, Qubanı tanıdan ağ alma, Abşeronu məhşurlaşdıran şanılar, Şəkini şirin edən halva kimi... Siyahını uzada da bilərik. Amma Gəncədə dayanacayıq. Gəncədən gəlirəm yüküm xurmadır desək də, bu bərəkətli məkanın məhşur məhsulları çox olduğundan, yükümüz adətən Gəncə səbəti olur. Qaymağından tutmuş, təndir çörəyinəcən başqa ətir, başqa dad verən Gəncə səbətindən danışacayıq...

Gəncə səbəti. Bu adı eşidənin ağzı dada gəlir. Səbətə görə yox, onun içinə yığılan xüsusi ərzaqlara görə. Səbət xüsusi günlərdə, bayramlarda, təşəkkür ifadəsi olaraq Gəncədən göndərilən əsl hədiyyədir. İçərisində olan nemətlərlə bir növ çələngi xatırladır.

Xəyyam Zakiroğlu  səbət hazırlayan, satıcı: Alma, armud, apelsin, mandalin, banan, ananas, nar, heyva, yerli məhsullar qoyuruq. Bütün quzu qoyuruqu. 5 kq mal əti qoyuruq. 5 beçə qoyuruq, motal pendiri, təzə pendir qoyuruq. Gəncə çörəyi, gəncə yuxası, sac yuxası olur. Müştəri istiyəndə turşulardan da qoyuruq. Mürəbbələr, bəhməz, gülaf, nanə arağı qoyuruq.

Azərbaycan kulinariyasında Gəncə mətbəxinin ayrıca yeri var. Bunun da təbii səbəbləri var. Çünki Gəncə məhsulları dadına və keyfiyyətinə görə xüsusilə seçilir. Bu məhsulların sifarişi isə elə Gəncəyə xas belə səbətlərdə təqdim olunur.

Səbət sadəcə meyvə -tərəvəz çeşidləri ilə zənginləşmir. Gəncənin ağartı məhsullarının dadına dad çatmadığı da hər kəsə məlumdur.

Xəyyam Zakiroğlu  səbət hazırlayan, satıcı: Gəncə səbətinin meyvələrini yığdıqdan sonra Gəncə qaymağı qoyuruq. ağartı məhsullarından. Gəncəyə xas olan Gəncə dovğası. Nehrə yağı və Gəncə göyləri.

30 ildir səbət hazırlayan Xəyyam Zakiroğlu bildirir ki, səbətə qoyulan hər məhsulun çəkisi ortalama 2 kiloqram olur. Səbəti zənginləşdirən məhsulların sırasında min bir dərdin dərmanı olan nemətlər yer alır. Təbbi bu, istəyə və qiymətə görə dəyişir. Gəncə səbətinə təlabat isə bayram günləri yaxınlaşdıqca daha da artır.

Gəncə səbətinin qiymətinə gəlincə isə səbətin tutumundan və yığılan nemətlərdən asılı olaraq 200 manatdan 1000 manata kimi təklif olunur. Ötən illə müqayisədə qiymətdə 20-25% həddində artım da nəzərə çarpır. Buna rəğmən populyarlığı üzərində olan Gəncə səbətinə təlabat yetərincədir, yəni hər cibə uyğun səbət hazırlatmaq olar.