• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1336
— 06.12.2022 19:36

Hüquqi, yoxsa dini nikah daha önəmlidir?

KepezTV Player
Azərbaycanda rəsmi dövlət nikahı ilə yanaşı dini kəbinə də meyl edənlər var. Əlbəttə ki, evlənməni- hüquqi baxımdan nikahın rəsmi dövlət qeydiyyatına alınması təsdiq edir. Bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər, yaxud ancaq dini kəbini üstün tutanlar isə hələ də var. Bəs maraqlıdır, dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır? Qarşıdakı sujetdə daha ətraflı.
Dünyəvi dövlət olan Azərbaycanda qəbul edilən nikah haqqında sənəd şəhadətnamədir. Ancaq cəmiyyətimizdə rəsmi nikahla yanaşı ,kəbin kəsdirənlərin də da sayı kifayət qədərdir.
Tarixi hələ 7-ci əsrə dayanan kəbin xalqımızın keçmişə dayanan bir adətidir. Rəsmi nikahdan fərqli olaraq, qeyri-rəsmi xarakterli olaraq "faktiki nikah" adlanır. Bu nikah dini qaydada kəbin kəsmək yolu ilə həyata keçirilir. Bu gün cəmiyyətimizdə faktiki nikahla yaşayan ailələrin sayı heç də az deyil.
Dini kəbinin rəsmi nikahdan öncə və ya sonra bağlanması ilə bağlı göstəriş yoxdur. Kəbinin hüquqi qüvvəsi olmadığı üçün istənilən vaxt bu nikah bağlana bilər. Hər bir halda dini kəbin qanun tərəfindən qadağan olunmayıb.
Araşdırmamızın nəticəsi onu deməyə əsas verir ki, hər iki nikah önəmlidir. Biri hüquqi, digəri isə dini tərəfdən. Amma kağızlara çəkilən imzaları ürəklərin sevgisi möhürləyir. Sevgi ilə qurulan və cəmiyyətə fayda verən ailələrin artması diləyi ilə... Sağ əli sənin başına.