• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 06.12.2022 15:50

Qarlı hava yollarda problem

KepezTV Player

Ötən gündən yağmağa başlayan qar nəticəsində Gədəbəy rayonunun bir çox ərazilərində yollar buz bağlayıb. Nəqliyyatın hərəkətində yaranan çətinlikləri aradan qaldırmaq üçün RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tədbirlər həyata keçiriblər. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 32 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən yollara qum-duz qarışığı səpilib. Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.