• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 06.12.2022 16:05

Gənc mühasiblərin olimpiadası keçirilib

KepezTV Player

Gənclər və İdman Nazirliyi tərəfindən Gəncənin 3 ali məktəbinin tələbələri arasında olimpiada təşkil edilib. Şəhid ailələri və qazilərin övladlarının eləcə də yaxınlarının maliyyə savadlılığının artırılması məqsədi daşıyan bilik yarışında mühasibat uçotu və iqtisadiyyat ixtisaslarının tələbələri iştirak edib. Yarışmaya qatılan 50 nəfərdən 20-i Azərbaycan Dövlət Aqrar Universitetinin, 7-i Gəncə Dövlət Universitetinin, 23-ü isə Azərbaycan Texnalogiya Universtetinin tələbəsi olub. Mükafata layiq yer tutanların hamısı aqrar universitetin təmsilçiləri olublar. Qaliblərə xatirə hədiyyələri və medallar təqdim edilib.