• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 03.12.2022 20:02

Avtomobillər toqquşub, müəllim ölüb

KepezTV Player

Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər. Araşdırmalar zamanı məlum olub ki, Bayan kəndi yaxınlığında "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı avtomobil toqquşub, nəticədə minik maşınının sürücüsü Əmirvar kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir. Xanlar Tağıyev Əmirvar kənd tam orta məktəbinin ibtidai sinif müəllimi olub.