Gəncədə “Böyük qayıdış dini mənəvi dəyərlər və aspektlər” mövzusunda konfrans keçirilib. Baş prokurorluq, Daxili İşlər Nazirliyi, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə "Böyük qayıdış" regional və beynəlxalq hadisə kimi dəyərləndirilib. Bu proqram 30 il işğal altında qalan və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilən ərazilərdə yeni həyatın bərqərar edilməsi, müxtəlif təyinatlı tarixi abidələrin yenidən qurulması kimi qiymətləndirilib. Müsəlman və xristian dini abidələrin, qəbirstanlıqların dağıdılması da vəhşiliyin əlaməti kimi xarakterizə edilib. Hazırda dövlət tərəfindən digər infrasturukturlarla yanaşı dini abidələrin də bərpa edildiyi xatırladılıb, mövzu ətrafında diskusiyalar edilib.
- Baxış: 296