Qazanılmış İmmun Çatışmazlığı Sindromu yəni QİÇS viral immun problemidir. Bu sindrom HİV virusunun orqanizmin müdafiəsində rol oynayan mühim hüceyrələri məhvedərək immun-müdafiə sistemini kəskin zəiflətməsi ilə başlayır. Bədən müqavimətinin aşağı düşməsi ilə də şəxs başqa digər xəstəlik, virus və mikroblara asanlıqla yoluxa bilir. Sindromun əlamətləri şəxsin həyat şərtlərinə və bədənin virusa qarşı müqavimətinə müvafiq olaraq bir neçə il içində, hətta bəzən daha uzun müddət sonra ortaya çıxır. Bundan öncə virusun kök salmasından heç yoluxanın özünün də xəbəri olmur. Xəstəliyindən məlumatlı olmadığı üçün də ehtiyatsızlıq edir, başqalarını da yoluxdurur. Virus, əsasən, qan vastəsilə, cinsi yolla və hamiləlik dövründə anadan uşağına keçir. İmmun sistemini məhv edən bu xəstəlik bəzi hallarda ölümlə nəticələnir və kifayət qədər qlobaldır. İndiyə kimi xəstəliyə 84, 2milyon insan yoluxub ki, onlardan 40,1 milyonu vəfat edib. Hazırda isə aktiv HİV virusu daşıyıcılarının sayı 38,4 milyondur. Bu statistikaya daxil olmamağın, QİÇS-dən qorunmağın yeganə yolu ona yoluxmamaqdır. Çünki hazırda dünyada Qiçsin tam müalicəsi və qoruyucu bir peyvəndi yoxdur. Ona görə də, sağlam və gigyenik həyat tərzi keçirmək, təsadüfi adamlarla münasibətdə olarkən ehtiyatsız davranmamaq bu virusdan özünü müdafiə etməyin tək üsuludur. Bu etinasızlığa artıq yol vermiş qəhrəmanımız isə öz hekayəsini bizimlə bölüşür. Onun timsalında Qiçs-ə yoluxan insanın nə cür simptomlarla üzləşdiyindən və hansı yollardan keçdiyindən xəbərdar olacağıq.
Stand-up : Ətrafımızdakı potensial təhlükələrdən məlumatlı olmaq onlara qarşı mübarizə aparmağın ən effektiv yoludur. Xəstəliklərə qarşı savaşmaq üçün yoluxmağı gözləməməli, indidən ehtiyatlı olmalıyıq. Bu zaman bizi heç bir virus yenə bilməz. Xoş sabahlar.
Aysel Abbasova
- Baxış: 367