• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 02.12.2022 09:30

Ölümlə nəticələnən qəza olub

KepezTV Player

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Avtomobildə olan sərnişinlərdən 1990-cı il təvəllüdlü Bəsti Aslanova ölüb, 1997-ci təvəllüdlü Aişə Hacıyeva, 1988-ci il təvəllüdlü Elmir Yusibov,1999-cu il təvəllüdlü Bayram Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev xəsarət alıb. Aişə Hacıyeva Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin ehtimalla hadisə havanın dumanlı olması səbəbindən baş verib.