• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1751
— 01.12.2022 20:30

Gənclər QİÇS-lə bağlı maarifləndiriliblər

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər evinin təşkilatçılığı ilə Tibb Kollecində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib. “Sağlam ol, gələcəyini düşün” devizi ilə baş tutan tədbirdə həkimlər, tələbələr, eyni zamanda Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər. Yığıncaqda İİV-in yoluxma ehtimalı yüksək olan riskli obyektlər, yoluxma və qorunmağın yolları, QİÇS-li xəstələrlə rəftar barədə geniş məlumat verilib.  Hər il Ümumdünya QİÇS-lə Mübarizə Günündə təbliğat xarakterli belə tədbirlərin təşkil edilməsinin gənclərin maariflənməsində vacib əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.