• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 01.12.2022 20:23

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər sakini Eltəkin Hüseynov idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, saxta dövlət qeydiyyat nişanlarından istifadə edərək avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.  Şəxs barəsində tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Eltəkin Hüseynov sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Bundan başqa VAZ markalı avtomobil ilə avtoxuliqanlıq edən digər Vətən Müharibəsi iştirakçısı barədə də protokol tərtib edilərək məhkəməyə göndərilib.