2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
- Baxış: 368