• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2136
— 01.12.2022 12:31

Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Borsunlu kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlayıb. Onun üzərindən 1 kq 60 qram narkotik vasitə aşkar edilərək götürülüb. Digər əməliyyatla satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov saxlanılıb. Onlara məxsus fermadan külli miqdarda narkotik, silah-sursat aşkar edilərək götürülüb.