• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 30.11.2022 16:02

"Kəpəz-2"dən darmadağın

I Divizion 2022-2023 mövsümünün XII turu çərçivəsində Gəncə şəhər stadionunun ehtiyat meydançasında "Kəpəz-2" İmişlinin eyni adlı komandasını qəbul edib. 6 həftə məğlub olmayan sarı-göylər bu həftə də qalib gəliblər. Qarşılaşmanın 21-ci dəqiqəsində Rauf Əliyev gəncəliləri hesabda önə keçirib. 42-ci dəqiqədə isə dağlılar Cavad Kərimov ilə hesab arasındakı fərqi ikiyə çatdırıblar. 77-ci dəqiqədə Əli Səmədovun qolu matçın yekun hesabını müəyyənləşdirib: Kəpəz 3- İmişli 0. Qarşılaşmadan sonra Kəpəz 20 xalla 4-cü, İmişli isə 6 xalla sonuncudur.