• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 29.11.2022 20:40

Münaqişə zamanı 3800 nəfər şəxs itkin düşmüş kimi qeydiyyata alınıb

KepezTV Player

Birinci Qarabağ münaqişəsi dövründə 4500 nəfərə yaxın şəxs itgin düşmüş kimi axtarışdadır. Onlardan 3800 nəfərinin qeydiyyatı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən aparılıb. Həmin şəxslərin taleyi barədə ardıcıl olaraq araşdırmalar aparılır. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin jurnalistlərlə görüşündə məlumat verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsi Naftalanda regiondan olan və  münaqişənin təsiri zonasında işləyən jurnalistlər üçün məlumat sesiyası təşkil edib. Məqsədi Komitənin bu regionda olan fəaliyyəti haqqında məlumat vermək olub.1992-ci ildən fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsi indiyə kimi itgin düşən şəxslərin taleyi ilə bağlı dövlət orqanları lə əlaqəli çalışıb. Eləcə də məlumatlar dəqiqləşdirilərək itkin düşənlərin ailələrinə çatdırılır.

İlahə Hüseynova BQXK-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri: Beynəlxalq Qızıl Xaç Komitəsinin hal hazırda baş çəkdiyi silahlı münaqişə zamanı digər tərəfdə saxlanılan Azərbaycan vətəndaşı yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsi müəyyən addımlar atıb. Məsələn itgin düşmüş şəxslərin barəsində ətraflı məlumat toplanıb. Hər bir itgin düşmüş şəxsin ailəsindən məlumatlar yığılıb. Bu məlumatlar dövlət komissiyasında xüsusi bazaya salınıb. Onların ailələrindən bioloji nümunələr toplanaraq dövlət orqanlarına DNT profili çıxarır ki, bu da itgin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında əsaslı vacib addımlardandır.

Beynəlxalq Qızıl Xaç Komitəsi həmçinin Dövlət komissiyası ilə birlikdə itkin düşmüş insanların taleyinin aydınlaşdırılması üçün fəaliyyətini də genişləndirib. Vətən müharibəsindən sonra əsasən keçmiş təmas bölgələri olan Füzuli, Ağdam, Tərtər, Goranboy, həmçinin Qazax, Tovuz, Ağstafa, Daşkəsən və Gədəbəydə uğurlu işlər həyata keçirilib. Bura mina və partlamamış hərbi sursatlarla kirlənən ərazilərlə bağlı məluatverici və maarifləndirici tədbirlər daxildir.

Xudaverdi Rzayev BQXK-nin Bərdə ofisinin rəhbərinin məsləhətçisi: Təşkilatın həyata keçirdiyi iqtisadi layihələr hansı müharibədən əziyyət çəkən şəxslərin dolanşıq vastələrinin yaxşılaşdırılmışdır. Ehtiyacı olan ərazilərə su çəkilib. Mühribənin təsiri zamanı dağılan məktəb və bağçalarda bərpa işləri aparmaq, eyni zamanda həmin şəxslərə pisxaloji yardımlar göstərilib. Təlimlər keçirilib.

Tədbirdə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndləri tərəfindən jurnalistlərin sualları cavablandırılıb, müzakirələr və fikir mübadiləsi aparılıb.

Elnur Vahidoğlu