• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 29.11.2022 20:44

İcra başçısı Fergus Ouldla görüşüb

KepezTV Player

Bir vaxtlar tələbə olduğu şəhərə səfir kimi gələn Fergus Ould Gəncənin icra başçısı Niyazi Bayramovla xarici investorların cəlb olunması, elm və təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparıb. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri ilə sosial xidmətlər haqda, eləcə də "Yaşıl şəhər" proqramı çərçivəsində icra olunacaq layihələr ətrafında söhbət aparılıb. Diplomat Böyük Britaniyadakı ali təhsil müəssisələri ilə Gəncədə fəaliyyət göstərən universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək olmağa hazır olduğunu vurğulayıb. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində olub.

Fergus Ould Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri:Gəncədə olduğum üçün məmnunam. Bura mənim üçün doğmadır. Çünki Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailədə qalmışam. Şəhər rəhbəri ilə görüşümüz yaxşı keçdi. Bir çox məsələlər barədə danışdıq. Gəncədə gəzərkən buranın tarixi şəhər olması hiss olunur.  Düşünürəm ki, bura Azərbaycan tarixində mühüm rol oynayır. Bu Gəncəyə sonuncu səfərim olmayacaq. Növbəti dəfə də bura gəlməyi planlayıram.