• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 29.11.2022 22:01

Dairəvi yol ayrıclarında maarifləndirici reyd

KepezTV Player

Yol nəqliyyat hadisələrinin böyük bir qismi yol ayrıclarında, xüsusilə də dairəvi qovşaqlarda qeyd alınır. Qəzaların qarşısının alınması məqsədilə Gəncədə yol polisi növbəti dəfə maarifləndirici reyd təşkil edib. Bu dəfə sürücülər dairəvi yol ayrıclarında necə hərəkət etmələri haqda məlumatlandırılıblar.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd şəhərin müxtəlif ərazilərində olan dairələrdə baş tutub. Ayrı-ayrı küçə və prospektləri birləşdirən yol ayrıclarında yerləşən dairələrdə hərəkət üstünlüyünün kimdə olmasından məlumatsız olan və yol nişanlarına riayət etməyən sükan sahibləri buna görə bəzən qəzalar törədirlər. Elə yoxlamaların reallaşması da məhz bu cür halların qarşısını almaq üçün həyata keçirilib.  Reyddə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozan sürücülərlə prafilaktik söhbətlər aparılıb, onlara qaydalara riayət etmələri barədə tövsiyələr verilib.

Reydlər maarifləndirici xarakterli olsa da, növbəti yoxlamalarda yol hərəkəti qaydalarına riayət etməyənlər cərimələnərək inzibati məsuliyyətə cəlb olunacaqlar.

Gəncədə yol polisi tərəfindən bu cür reydlərin keçirilməsi qarşıdakı günlərdə də davam edəcək. Odur ki, sürücülər cərimələnməmək, ən vacibi isə özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamaq üçün qaydalar əməl etməlidirlər.