Qazaxda ağır atletika ən çox sevilən idman növlərindəndir. Çünki burada idmanın bu növünün ənənəsi var. Son zamanlarda ölkənin ən qərbində yerləşən rayonunda ağır atletikaya maraq daha da artıb.
Elə buna görə rayonda ağırlıqqaldırmanı inkişaf etdirmək üçün cari il “Göyəzən” Ağır Atletika klubu fəaliyyətə başlayıb. İdman təsisatının yaşı az olsa da qısa müddətdə Qazax və qonşu Ağstafa rayonunda məşq bölmələri açaraq kütləviliyə nail ola bilib. Bunun üçündür ki, ağır atletika rayonda ən çox sevilən idman növləri arasında 3-cüdür.
Qazaxda uşaq və yeniyetmələrin ağır atletika bölmələrinə axın etməsində yeni məşq zallarının, maddi-texniki bazanın yaxşılaşdırılması da vacib əhəmiyyət daşıyıb.
Ağır atletika üzrə milli komandada Qazax məktəbinin yetirmələri kifayət qədərdir. Qasım İsmayılov da bunların sırasındadır. Qatıldığı yarışlarda yaxşı nəticələr əldə edən atlet hazırda qarşıdan gələn turnirlərə hazırlaşır.
Qazaxda Göyəzən Ağır Atletika klubunun təcrübəli məşqçiləri tərəfindən 80-ə yaxın idmançıya ağır atletikanın sirləri aşılanır. Gələcəkdə klub əhatə dairəsini genişləndirərək başqa bölmələr açmağı da planlaşdırır.
- Baxış: 446