• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 27.11.2022 20:35

Payızda turizmə maraq hansı səviyyədədir?

KepezTV Player

Heç kəsə sirr deyil ki, insanların əksəriyyəti istirahətini yayın ən isti aylarına salır. Yayda turizm sektorunda sıxlıq yaşansa da indi, yəni, payız-qış mövsümündə müəyyən qədər durğunluq hökm sürür.

Əlverişli təbii-coğrafi şəraiti və zəngin resursları olan Azərbaycanda turizm sahəsinin inkişafı göz qabağındadır. Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Hər il ölkəmizə gələn turistlərin sayında qeydə alınan artım da bu sahənin inkişafından xəbər verir. Bütün bunlara baxmaraq havalar soyuyanda insanlar sanki evlərindən çıxmaq istəmir və bu sektorda bir qədər durğunluq yaranır.

Elmar Bağırov otel meneceri: yayda gəlb istirahət edənlər çox olur. Havalar soyuyanda isə az olur. Təbii olaraq buda qonaqların azalmasına gətirib çıxarır.

Payız-qış aylarında daxili turlardan istifadə edənlərində sayı azalır. Yayda turizm marşurtlarından hər gün istifadə olunurusa indi bu say həftədə 1-2 dəfəyə enib.

Dövlət Turizm Agentliyi payız-qış aylarında turizm sektorunda canlanma yaratmq üçün müəyyən işlər görür. Buda müsbət nəticələrlə sonlanır.

Zaur Bayramov Dövlət Turizm Agentliyinin əməkdaşı: Biz qərb bölgəsində yalnız ənənəvi turizm məhsullarını deyil, o cümlədən qeyri turizm məhsullarını, Şərabçılıq, Alman irsi və başqalarının üstündə işlər aparılır. Turizmə maraq artırılır.

Hər mövsümün öz gözəlliyi var. Hətta şairlər deyir ki, Payız sənət əsəridir, digərləri mövsüm. Ona görə də, ilin hər fəsli Azərbaycanın səfalı güşələrini, gəzib, görməkdə fayda var.

Nərgiz Əhmədqızı