• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 27.11.2022 20:32

Həkimə inan, çöpçüdən də qalma

KepezTV Player

Xalq arasında, çöpçü, nəzərçi, çıldaqçı fəaliyyətləri ilə məşğul olan insanlar haqqında yəqin ki hər birimiz eşitmişik. Adını sadaladığımız  bu peşə sahiblərinin işini isə elm hələ də öyrənə bilməyib. Di gəl ki, inanan insanlar kifayət qədərdir. Bugünki sujetimizdə çöpçülər barəsində danışacağıq, insanların bu mövzuda fikirlərini sizlə bölüşəcəyik.

Şəhər sakinləri arasında apardığımız sorğu zamanı məlum oldu ki, çöpçülərə inanıb övladını onların yanına aparan valideyinlər çoxluq təşkil edir. Bununla yanaşı mütəxəsisə etibar edənlər də var.

Bura şəhərin çöpçülər kimi məşhur olan Safikürdiski küçəsidir. Bu küçədə demək olar ki, hər addım başı çöpçülərə rast gəlmək olur.

Həkimlər deyir ki, qış ayları yaxınlaşdıqca tənəffüs yolu infeksiyaları özəlliklə uşaqlar arasında artmağa başlayır. Bu da özünü hərarət, tənəffüsün çətinləşməsi və ya halsızlıq ilə biruzə verir. Övladlarında bu cür  problemlər olan bəzi valideyinlər isə belə situasiyada ilk çarəni çöpçülərə getməkdə görürlər.

Yüksəl Hüseynli pediatr: Həkimdən öncə valideyinlərin ilk müraciət etdiyi insan çöpçü olur. Əslində böyü bir risk daşıyır bu.  Çünki bu aspirasiya riskini artırır, eyni zamanda o pressesi aparan insanın birbaşa kantaktı ilə onun ağzı vasitəsilə və ya onun nəfəsi vasitəsilə onda hər hansı bir xəstəlik varsa bu uşağa keçə bilər. Ona görə valideyinlər diqqətli olmalıdırlar, araşdırmalıdırlar. Tibb müasir dövrdə çox inkişaf edib. Hər bir xəstəliyin dioqnozu qoyula bilir. Uşaqda hr hansı temperatur yüksəkliyi, öskürək şukayəti varsa hər hansı yad cism udubsa ilk öncə müraciət  etmələri gərəkən yer həkim yanıdır.

Qulaq-burun-boğaz həkimi Rauf Abuzərov da mövzunun bu gün aktual problemlərdən biri olduğunu dilə gətirir. Həkimin sözlərinə görə, çöpçülərin sirri tibb aləminə açılmaz olaraq qalır.

Rauf Abuzərov otolarinqoloq: Birmənalı şəkildə demək olar ki, boğazda elə bir shə yoxdur ki, orda hər hansı bir yad cisim qalsın. El arasında çöp deyirlər, biz ona yad cisim deyirik. Burda qeyri mümkündü olması. Çünki daimi udqunma hərəkəti olur. Buna görə də burdan keçir. Əgər böyük olarsa bu udlaqda qida borusunda qala bilir. Ancaq bunu da həkim müdxiləsindən sonnra çıxarmaq mümkündür. Bizim praktikamızda böyük yad cismlər- plasmaslar olur.bunu burna üfürməklə çöpçü çıxara bilməz,qeyri mümkündür.  Bunu ancaq həkim müdxiləsindən sonnra yumşaq endaskopun köməyi ilə onun yerini təyin edirik və xüsusi alətlərlə onu ordan xaric edirik.

Valideyinlərə isə övladlarını- keçmişdə istifadə olunan yöntəmlərə deyil, doğru mütəxəsis yanına apamaları tövsiyyə olunur.