• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 26.11.2022 20:21

Sərnişinlərin həyatları niyə təhlükəyə atılır?

KepezTV Player

Telefon qulaqcığından istifadə edərək telefonla danışan, sürət həddinə əməl etməyərək yarışan, dayanacaqdan kənarda nəqliyyat vastəsini saxlayan avtobus və mikroavtobus idarə edənlər. Gəncədə ictimai nəqliyyatda rast gəlinən belə xoşagəlməz mənzərələr sərnişinlər tərəfindən heç də normal qarşılanmır. 
Bura şəhərin Nizami prospektidir. Göründüyü kimi burada da avtobus və mikroavtobusların daranması üçün dayanacaq var. Ancaq təəsüflə demək olar ki, bu dayanacaqdan istifadə edilmir və qaydalara əməl edilmir. Bu da şübhəsiz ki, digər hərəkətlərə mane olur.
Sükan arxasında telefonla danışan kim, nəqliyyat vastəsini istədikləri yerdə saxlayaraq sərnişin düşürb mindirən kim. Gəncədə nəqliyyat sahəsində özbaşnalıq hökm sürür desək yanılmarıq. Sürücülər mənzil başına apardıqları sərnişinlərin həyatlarını əməllicə təhlükə altına alır. Onlara etibar edilən sükanın məsuliyyətini dərk etməyənlər bununla yollarda təhlükə yaradır. 
Şübhəsiz ki, gün ərzində yaşanan buna bənzər mənzərə sakinləri də narahat etmiyə bilməz.
Gəncə Avtomobili ilə Sərnişin Daşıma İdarəsində mövcud vəziyyətdən agah olsalar da görünən odur ki, əməli tədbirlər nəticəsini vermir. Heç atılan hüquqi addımlar da. Ay ərzində Gəncənin ictima nəqliyyatında bu cür neqativ hallara yol verən 50-ə yaxın sürücü haqqında inzibati qaydada tədbirlər görülüb.
Gün ərzində şəhərdə 8 daşıyıcı şirkət tərəfindən 33 xətt üzrə 230 nəqliyyat vastəsi əhaliyə xidmət edir.

Elnur Vahdioğlu