• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2148
— 26.11.2022 15:34

Qəzada 6 nəfər xəsarət alıb

KepezTV Player

Şəmkirdə yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun mərkəzində İsrafil Məmmədov və Məhəmməd Füzuli küçələrinin kəsişməsində qeyd alınıb. Hərəkətdə olan sərnişin avtobusu ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Qəza zamanı sərnişin avtobusunda olan 6 nəfər - 1965-ci il təvəllüdlü Cümşüd Mustafayev, 1995-ci il təvəllüdlü Eşqin Məmmədov, 1981-ci il təvəllüdlü Nazilə Eminova, 1959-cu il təvəllüdlü Əli Quliyev, 1959-cu il təvəllüdlü Xədicə Abdullayeva və 1959-cu il təvəllüdlü Nüşabə Qasımova xəsarət alıb. Yaralılar dərhal Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır.