• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 26.11.2022 12:11

Mövqelərimiz atəşə tutulub

KepezTV Player

Noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. *** Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. "Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Müdafiə Nazirliyinin digər məlumatında qeyd olunub.