• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 26.11.2022 11:28

Qadın zorkılığına qarşı beynəlxalq mübarizə günü

KepezTV Player

25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.  Bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlayıb.Müasir dövrdə hələ qadın zorakılığı qlobal şəkildə aktual olaraq qalmaqdadır .Bəziləri qadına əl qaldırarkən, insan haqlarını pozduqları barədə düşünmürlər.  Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, onları təhqir etməyə və alçaltmağa çalışan hər kəsə cavab verməsələr, bu vəziyyət həmişə davam edəcək..

Qadın zərifdir yoxsa zəif? Bəlkə, qadının zəif hesab edilməsi zorakılıq hallarının təbii və süni artımına səbəb olur?Düzdür, qadın fiziki cəhətdən kişidən qat-qat zəifdir, amma illərlə əzab-əziyyətə dözməyi, gecələr ağlayıb səhər uşaqlarına, ətrafına öz yaşantılarını yansıtmaması onun iradi, mənəvi, emosional gücünü ortaya qoyur.Fiziki şiddətin izi zamanla silinsə də, mənəvi şiddətin izi asan silinmir. Çünki 1-ci bədənə, 2-ci insan ruhuna iz salır. Necə ki şiddət davam etdikcə bədən müqavimətini, dik duruşunu, sağlamlığını zamanla itirir, eləcə də, ruh şiddətə məruz qaldıqca məhv olur.

Bir qadın nə qədər güclü olursa olsun o yanında həmişə güclü bir kişini görmək istəyir.Ona görə yox ki,kişi onun azadlığına məhdudiyyət qoysun.Ona görəki ,o xanıma zərif olduğunu hiss etdirsin.Hər güclü kişinin arxasında bir qadın var deyirlər və bunuda unutmayaq ki,hər qadınında arxasında onu başa düşən onu sevən bir kişiyə hər zaman  ehtiyacı var.Qadınlardan bunu əsirgəməyək.....Xoş sabahlar...