• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 25.11.2022 19:00

Cüməni "Qara" və ya "Möhtəşəm" edən amillər

KepezTV Player

Bütün dünyada qeyd olunan Qara Cümə. Bu gün elə həmin gündür. Mağazalarda böyük endirimlərin, çoxlu alıcıların olduğu gün. Bəs Gəncədə qara cümənin aksiyaları olurmu, endirimlərdən yararlanırlarmı? Bu haqqda əməkdaşımız Nərgiz Əhmədqızı danışacaq.

Qara Cümə ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Black Friday-də Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlərlə alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.

Bu gün müştərilər bütün mağazalarda olan, müxtəlif faizli endirimlərdən yararlana bilirlər. Bunların sırasına, Geyim, ayaqqabı, saat, çanta və digərlərini aid etmək olar. Edirimin nə qədər edildiyi isə, mağaza sahiblərinin ixtiyarındadır.

"Qara Cümə" günündə ticarət mərkəzləri malların aşağı qiyməti satılmasından gəlir itirsə də, alıcının çoxluğu bu itkini kompensasiya edə bilir.


Nərgiz Əhmədqızı