• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 25.11.2022 19:38

"Qırmızı xətti" çoxdan keçən molla rejimi

KepezTV Player

Nə dünya ictimaiyyətinə sırımağa çalışdıqları 2 500 illik dövlətçilik ənənəsi, nə illər uzunu ədalət rəmzi kimi təqdim olunan müdriklik, nə burnunun ucundan o tərəfə getməyən uzaqgörən olmaq molla hakimiyyətinin iddialarından başqa bir şey deyil. 3 aya yaxındır bu ölkədə baş verənlərin ədalətlə uzlaşmadığı, zülmkarlığın dövlət siyasətinin qayəsini tə.kil etdiyini göstərir. İslam isə Tehran hakimiyyətinin din pərdəsi altında gizlənərək məkrli işlərini görmək üçün bir vasitədir.

Molla rejimi sasaninin zülmkar hökmdarlarından yaxşılığa doğru bir addım da olsun irəliləməyib. Kin, hikkə, türk düşmənliyi bu gündə davam edir. Azərbaycan torpaqlarını işğaldan qurtardıqdan sonra bu özünü açıq şəkildə biruzə verdi. Azərbaycana qarşı qərəzli, riyakar mövqe ermənilərlə əlbir olub Qarabağı talan edəndə, Ermənistana yardımlar edib, onu silahlanlandıranda olduğu kimidir. Tehran dəyişməyib. Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə belə qoymayan İrandakı hakim əmmaməlilər iç üzlərini əməlləri ilə aydın şəkildə biruzə verirlər. Vətən müharibəsində işğalçının silah və hərbi texnika ilə təmin edilməsində aparıcı rol oynamaqla, işğaldan sonrakı dövrlərdə hərbi təlimlərlə əzəli nümayişi ilə, Ermənistanla daha sıx əməkdaşlıqla. Sərhədlərin dəyişdirilməsini özü üçün "qırmızı xətt" hesab edən, Zəngəzur dəhlizi məsələsində Azərbaycanı hədələn, Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyindən dən vuranlar hansı üzlə bunu deyə bilərlər. Suriyada, İraqda, Livanda, Yəməndə apardıqları hibrid müharibələr həmin ölkələrin suverenliyini təhdid deyilmi? Bəhreyndə çaxnaşmalar yaradan, Birləşmiş Ərəb Əmirliklərinin Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarını 1971-ci ildən işğal altında saxlaması suvrenliyin pozulması deyil bə nədir? Odur ki, güzgüyə baxıb "qırmızı xətti"n hardan keçdiyi görmək lazımdır. Sadaladıqlarmız suveren hüquqlarının pozulması, elə işğalçılığın özüdür. Molla hakimiyyəti belə məsələlərdə lal, kar və kordur. Hələ Rusiyanın Ukrayna ərazilərini ilhaqına haqq qazandırmasına, İranın hücumyönlü pilotsuz uçuş aparatları ilə aldığı canlara nə deyək? Odur ki, başınızdakı əmmaməni qoyun qabağınıza və yaxşı-yaxşı fikirləşin - "qırmız xətt"i harda və necə keçibsiniz. Görünən odur ki, "xətt" söhbəti İranın saxtakarlığı və spekuliasiya etməsi üçün bir alətdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər müəyyənləşməyib, heç münasibtətlər də normallaşmayıb. Belə olan halda Tehranın "xətt"i haradan keçir və kimə qarşıdır. Aydındır ki, özünü islam dövləti adlandırıb müsəlmanlara qarşı fəaliyyəti ilə seçilən rejiminin zalım və ədalətsiz münasibəti Azərbaycana yönəlib.