• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 24.11.2022 22:13

İnsanlıqdan çıxan İran terroru dəstəkləyir

KepezTV Player

Yenə də İran, yenə də davam edən etirazlar, yenə də qəddarlıq, yenə də pozulan insah haqqları. Artıq əndazəsindən çıxan vəziyyət daxildə baş verən qeyri-insani rəftar fonunda xaricdə də narahatlıqla qarşılanır. BMT-də keçirilən dinləmələrdə uşaq, qoca, qadın, cavan demədən hər kəsə güc tətbiq edən molla rejiminin hərəkətləri pislənilərək qınaq obyektinə çevrilib.

İranda insan hüquqlarının vəziyyəti faciəvi hal alıb. Pozulan fundamental insan haqqları daxildə etirazların yatırılmasına istiqamətlənməsi kimi dəyər alsa da ölkə xaricində düşüncələr 360 dərəcə əksinədir. Məsələdən BMT də narahatlığını ifadə edir. Ali təşkilatın İnsan Hüquqları Şurasında keçirilən dinləmələrdə molla rejiminin etirazçılara qarşı amansız davranışı və nümayişçiləri öldürməsindən ciddi narahatlıq ifadə edilib. Almaniya və İslandiyanın müraciəti əsasında “İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda baş tutan xüsusi sessiyada daxili və beynəlxalq öhdəliklərin heçə sayıldığı, hətta islamı dəyərlərin belə hakim götürülmədiyi təəssüflə dilə gitirilib.

İran fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu ölkələrin önündə gedir. Molla respublikasında hüquqları daha çox pozulanlar sırasında azərbaycanlılar yer alır. Əhalisinin böyük hissəsi etnik azərbaycanlılar olan cənub qonşumuzda diskriminasiyaya, qəddarlığa, təqiblərə məhz elə otaylılarımız məruz qalır. Mövcud rejim bunu hər vəclə ört-basdır etməyə çalışsa da oyanış hərəkatının qurbanları, tutulanları siyahısına nəzər salmaq kifayət edər ki, bunun reallıq olduğunu görəsən. Odur ki, BMT-də keçirilən sessiyada azərbaycanlılara qarşı ayrı-seçkilik, onların təqib edilməsi də müzakirələrin gündəmində yer alıb.

Mollakratlar təkcə insan haqlarına qarşı meydan oxumur, teokratik rejim həm də azərbaycanlılara məxsus təbii sərvətlərə də düşmən münasibət sərgiləyir. Urmiya gölündə yaranan problemlərin qarşısının bilərəkdən alınmaması fars rejiminin təbiətə də düşmən münasibətinin göstəricisidir. İranın insanlığa və təbiətə qənim kəsilməsi təəccüblü deyil, çünki Tehran terroru dəstəkləyən ölkələrdəndir. O, terror niyyətlərini Türkiyə ərazisində də həyata keçirmək istəyib, lakin uğurlu əks-kəşfiyyat tədbirləri ilə Tehranın yaratdığı casus şəbəkəsi ifşa edilib. İrana qarşı daha bir tutarlı əməliyyat Azərbaycan Dövlət Təhlükəsizliyi xidməti tərəfindən aparılıb. Bununla da İranın qurduğu casus şəbəkəsi ifşa edilib. İranın insanlıqdan çıxmasının digər bariz nümunəsi onun Rusiyanı kamikadze dronlarla təchiz etməsidir ki, bu da Ukrayna xalqına qarşı terror kimi qiymətləndirilir.