• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 24.11.2022 21:58

Bədii gimnastika ucqar rayonda inkişaf etdiriləcək

KepezTV Player

Gədəbəy Gənclər İdman klubunda yeni idman növü üzrə məşq bölməsi fəaliyyətə başlayacaq. Bu bədii gimnastikadır ki, sözügedən növ dağ rayonu üçün ilkdir.

Son illər Gədəbəy Gənclər İdman klubu rayonda idmanın inkişafı istiqamətində bir sıra işlər həyata keçirərək bəzi növlər üzrə uğurlara imza atıb. Gədəbəydə idman sahəsində qısa müddətdə taekvando və savad döyüş növü üzrə kütləviliyə nail olaraq ölkə və beynəlxalq səviyyəli yarışlarda yaxşı nəticələr əldə edən klub fəaliyyətini daha da genişləndirməyi hədəfləyir. Beyrək Bağırovun rəhbərlik etdiyi idman təsisatı Azərbaycanda populyar və sevilən növlərdən olan bədii gimnastikanı rayonda da populyarlaşdırmaq niyyətindədir. Bunun üçün yaxın vaxtlarda məşq bölməsinin açılışı nəzərdə tutulub.

Məşq bölməsində uşaq və yeniyetmələrə bu idman növünün sirlərini yüksək səviyyədə mənimsətmək üçün rayondan olan bir idmançı təlimlərə də göndərilib.

Daim Gimnastika federasiya, eləcə də Gənclər və İdman Nazirliyi  ilə təmasda olan kluba hər iki qurum dəstəyini əsirgəmir.

Gədəbəy Gənclər İdman klubunda bədii gimnatika bölməsinin noyabrın sonu, dekabrın əvvəlində fəaliyyətə başlaması planlaşdırılır. Gimnastika federasiyasının qrafikinə əsasən burada gündə saat yarım olmaqla məşqlərin cüt günlərdə keçirilməsi gözlənilir.