• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 23.11.2022 20:23

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Polis “VAZ 2108” markalı avtomobili Qaradağ rayonu ərazisində saxlayıb. Sürücü Rüfət Xaliqov və sərnişin Elvin Zeynalovdan 10 kiloqram heroin, marixuana, elektron tərəzilər, 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində Sumqayıt və Yevlaxda eyni anda keçirilən əməliyyatlar zamanı isə Tural Hüseynov və Saday Səttarovun da tutulması təmin edilir. Bu şəxslərdən isə ümumilikdə 23 kiloqram müxtəlif xassəli narkotik və həblər aşkar olunub. Narkotik satışını həyata keçirən daha 4 şəxs də məsuliyyətə cəlb edilib. Təkcə son bir ayda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölglərdə narkotiklərin satışı və qanunsuz dövriyyəsini həyata keçirən 42 şəxs tutulub. Onlardan ümumilikdə 49 kiloqram heroin, metamfetamin, tiryək, kokain, 1000 ədəd psixotrop tərkibli ekstazi və metadon həbləri aşkar edilib.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.