Gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Tovuzda “Region Gənclərinin Məşğulluq Marafonu”nu keçirilib. Marafonda gənclərin məşğulluq prosesinə fəal cəlb olunması, işə götürənlərlə gənclərin birbaşa ünsiyyət imkanının yaradılması məqsədilə əmək yarmarkası təşkil edilib. Yarmarkada 22 müəssisə 214 vakant iş yeri ilə təmsil olunub. Həmçinin Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təlimçiləri tərəfindən müasir dövrün tələblərinə cavab verən gənc kadrların potensialının gücləndirilməsi məqsədilə “Müasir əmək bazarının tələbləri” və “Effektiv CV-Resume hazırlığı” mövzularında info sessiyalar keçirib. Tovuz, Qazax, Ağstafa və Şəmkir rayonlarından olan işaxtaran gənclər marafonda iştirak ediblər.
- Baxış: 316