KepezTV Player
Prezident İlham Əliyev Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoreni qəbul edib. Görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb. Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini qeyd edib. Stefano Domenikali və Flavio Briatore ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini deyiblər. İşğaldan azad edilmiş torpaqlarımızda yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin, xüsusilə minlərlə kilometr yeni avtomobil yollarının çəkilməsinin əhəmiyyəti də vurğulanıb.
- Baxış: 283