• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 21.11.2022 16:44

Hamilelik Dovru

KepezTV Player

Dünyaya körpə gətirmək möcüzəsi həyatda bir qadının başına gələ biləcək ən möhtəşəm duyğulardan biridir. O uşağın qoxusu, bir toxunuşu, gülüşü həyatınızı dəyişir.Hamiləliyi hiss edən andan atrıq qadınlarda bir dəyişkənlik baş verir. Gələcəyin anaları artıq öz hərəkətlərinə, yeməklərinə  diqqətli yanaşırlar. Belə ki, yemək yeyərkən daima gələcək uşağını nəzərə almalıdırlar. Bu səbəbdən, qidanın tərkibində dölün inkişafı üçün lazım olan vitamin və mineral maddələrin hamısı olmalıdır. Düzgün qidalanma hamiləliyin erkən dövrlərində vacibdir. Qida rasionunda fol turşusu, kalsium, fosfor, sink, dəmir, B, C, E vitaminlərilə zəngin qida məhsulları olmağı məsləhətdir. Ana bətnində olan körpə üçün yeganə qida mənbəyi anasıdır. Hamiləliyin əvvəlində uyğun çəki ilə hamilə qalan qadın düzgün qidalandıqda hamiləlik dövründə təxminən 9-12 kq çəki qazanır. Qadınlar körpəni qidalandırmaq üçün daha çox enerjiyə ehtiyac duyurlar. Ancaq bu, hamilə qadının iki nəfər üçün yemək yeməsi demək deyil. Təəssüflər olsun ki, bəzi xanımlarımız dayanmadan yemək yeməyə başlayır və elə zənn edirlər ki, çoxlu yesələr uşaqlarının çəkisi yaxşı olacaq və sağlam doğuş həyata keçəçəklər. Normal  bir hamiləliyin keçməsi və sonunda sağlam bir körpənin dünyaya gəlməsi üçün gələcək ananın balanslı qidalanması lazımdır. Hamiləlik dövründə qadınların pəhriz saxlaması tövsiyə edilmir. Doğrudur, hamilə qalmağı düşünən qadınlar əvvəlcədən tətbiq edəcəyi pəhriz və idman proqramı ilə normal çəkilərinə çatmalıdırlar. İdman məşğələləri möcüzələr yaradır: əhval-ruhiyyəni qaldırır, deppresiyadan çıxarır, bədəni gözəl və elastik edir. Hətta əgər hamiləlik dövründədə idman etsəniz, bu, çox gözəl nəticələr verə bilər. Yaxşı olar ki, idman sizin üçün təkcə vəzifə yox, həm də sevinc və ləzzət mənbəyi olsun.

Ləman Sultanlı