• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 21.11.2022 13:32

"İran silahlı qüvvələrinin təlimləri etimadın güclənməsinə xidmət etməyib"

KepezTV Player

“İranın Ali Rəhbərinin müşavirinin Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndiririk. Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib. "Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İranın bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İranla əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”, - deyə Hikmət Hacıyev vurğulayıb.