• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2140
— 21.11.2022 12:30

"Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir"

KepezTV Player

Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması “Ağıllı kənd”də kompleks şəkildə tətbiq olunmaqdadır. Bu arada dekabr ayında daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Kənddə tikilməsi nəzərdə tutulan 200 evdən 87-si istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.