• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 20.11.2022 20:04

İranda etiraz aksiyaları davam edir

KepezTV Player

İranda etiraz aksiyaları davam edir. Bu da cəmiyyətin molla rejiminə olan münasibətinin göstəricisidir. Arxada qalmaq üzrə olan həftədə ölkənin müxtəlif ərazilərində aksiyaçılar öz etirazlarını müxtəlif formalarda izhar ediblər, onların tələblərinə qarşılıq verməyən, bu istiqamətdə heç bir addım atmayan rejim isə yenə də nümayiş və yürüşlərin qarşısını hərbi-polis qüvvələri vasitəsilə almağa çalışıb. Dinc, silahsız etirazçılara qarşı odlu silah da tətbiq olunub.

Təbrizdəki Tibb Elmləri Universitetinin tələbələri 23 yaşlı Aylar Həqqini molla rejiminin qətlə yetirməsinə etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları “Diktatora ölüm!”, "Top, tüfəng, tank ola, molla gərək rədd ola” kimi şüarlar səsləndiriblər.

Güney Azəbaycanın Milli Mücadilə bayrağı Təbrizin Saat meydanında dalğalanıb.

Təbrizdəki həbsxanada Azərbaycanın dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb. Tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb. Milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır.