• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 19.11.2022 20:37

Kommunal xidmət qışa hazırlanır

KepezTV Player

Qarşıdan gələn qış fəsli ilə əlaqədar olaraq Gəncədə kommunal texnikalar mövsümə hazırlanır.Texnikalara baxış keçirilir, sazlığı yoxlanılır. Anbarlara qum, duz ehtiyyatı tədarük edilir.

Payız-qış mövsümü ilə əlaqədar olaraq Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin  İxtisaslaşdırılmış Avtomobil parkında hərəkətlilikdir. Mexaniklər və çilingərlər avtomobillərə texniki baxış keçirilir. Eləcə də yeni texnikalar istismar üçün hazırlanır.

Gəncə Avtomobil Zavodunda yığılan bu cür iki avtomobillərdə parka verilib. Bu avtomobillərin köməkliyi ilə yolların qardan, buzdan təmizlənməsi işləri həyata keçiriləcəkdir.

Qışda yolların qardan və buzdan təmizlənməsi üçün parkda 5 avtoqreyder, 6 özüsüpürən, 52 ədəd yükboşaldan avtomobil və digər texnikalardan istifadə ediləcək.

Texnikaların sağlığı ilə yanaşı anbarlara kifayət qədər qum və  duz ehtiyatı da yığılıb.

Gəncənin 14 Mənzil İstismar Sahəsinin işçiləri də qış mövsümü ilə əlaqədar olaraq təlimatlandırılıb və lazımi vasitəərlə təminat aparılıb.

Elnur Vahidoğlu