• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 19.11.2022 20:32

Dönərlər bəzən həyat üçün təhlükəli ola bilər

KepezTV Player

Şəhərdə ələxsus da mərkəzi hissədə demək olar ki, hər addım başı dönər satışına rast gəlmək mümkündür. Xüsusən işi oturaq olmayanların  müraciət etdiyi bu qida tərkibi düzgün hazırlanmadığı təqdirdə insan orqanizmi üçün təhlükəli ola bilər. Odur ki, dönərin hazırlanma və saxlanma şəraitinə xüsusi nəzarət olunmalıdır.

Vətəndaşlar dönəri tez tezmi alır? alanda nəyə diqqət edirlər?

Çəkilişimiz zamanı şəhərdə fəaliyyət göstərən bir sıra dönər satışı məntəqələrində olduq. Dönərin əsas hissəsini ət təşkil etdiyi üçün məhsulun hardan və necə alındığı kimi məsələləri araşdırdıq. Satış məntəqələridən bildirildi ki, istifadə olunan ətlərin hər birinin arayışı var və məkan gigiyenik normalara cavab verir. Lakin bəzi məntəqələrin sahibləri arayışları nədənsə üzə çıxmadı.

Ramin Məmmədov dönərçi: Ətimizin təmiz olmasın sertfikartımız var. Bu bizim sertfikartdı. Narahat omağa heç bir əsas yoxdu. ətimiz də bakıdan gəlir. Kilosu 7 manatdan alınır. Digərinin kilosunu 15 mnata alıb özümüz haırlayırıq.

Arif Məmmədov inzibatçı: əti halal yerdən alırıq. əlimizdə hər bir sertfikartı var. Qiymətini açıqlaya bilmərən indi. Sertfikarı da indi hal hazırda elə vaxtım yoxdur. Vaxtımız azdı ama istədik qısa açıqlama verək.

Sərxan Abbasov  dönərçi: Mal ətini bağmandan alırıq. Qəssabdan özümüz hazırlayırıq. Toyuq ətini də halal ət alırıq. Özümüz burda bastırmasını edirik. Bizim sertfikartımız da var.

Məntəqələrə ət gətirən şəxslər bildirir ki, dönər üçün istifadə edilən mal və toyuq ətinə olan ehtiyac həm yerli, həm də xarici bazar hesabına ödənir.

Cahandar Aslanov ət satan: Əsasən yerli məhsullara üstünlük veriirk. Hallalığına təmizliyinə görə. Digər ölkələrdən də gələn məhsullarında hallalı da olur, tam hər birinə zəmanət verməsək də əksəriyəti halal olur. Qiymətlər stabil olaraq deyil 7 manatdan 8,50 ə qədər toyuq ətidir. Mal əti də 13.50dən 16 manata kimidir. Sertfikartımız da var. Görmək istəsəz. Burda  qeyd olunan təmizliyi, halallığı qida təhlükəsizliyindən də icazəlidir.

Həkimlər tövsiyyə edir ki, insanlar məcbur qalmadıqları müddətcə  bu cür ayaqüstü qidalara üstünlük verməsinlər. Bu onlarda mədə-bağırsaq xəstəliklərinə yol açmaqla yanaşı qaraciyəri də gücdən salır. Eyni zamanda qızarmış, yandırılmış ət sağlamlıq üçün təhlükə mənbəyi olmaqla zəhərlənmə hallarına da gətirib çıxara bilər.

İradə Dəmirova Gəncə şəhərinin baş infeksionisti: Məsləhət bilərdim bütün əhaliyə ki, belə qidalardan yəni dönərdən istifadəni mümkün qədər azltsınlar. Çünki çöl yeməkləri bədəndə alergiyalar da verə bilər. Bağırsaqları poza bilər, zəhərlənmələr verə bilər. qastrit verə bilər. Elə qastritlər var ki, turşuluğu az olan adamlarda infeksiyalar özlərinə yer tapırlar. Gələcəkdə də ciddi pozğunluqlar oluir. Ay ərzində bəzən 3, 4 hələ yay vatı daha çox ola bilir 5-10 na kimi qalxır. Dönərlərdən başqa piylər var yeməklərdə onlardan da yeyib gəlirlər o da təsir göstərir. Ona görə məsləhət verərdim ki, belə yeməklərdə çöl yeməklərinən uzaqlaşsınlar.

Qida Təhlükəsizliyi Agentliyin Gəncə regional bölməsindən bildirilib ki, bu xüsusda planlı yoxlamalar və monitorinqlər mütəmadi olaraq keçirilir. Ancaq burada alıcıların da üzərinə məsuliyyət düşür. İstehlakçılar restoran və dönərxanalardan sertifikat tələb etməkdən çəkinməməlidir. Dönər alarkən onu hazırlayan şəxsin əlcəkdən istifadə edib-etmədiyinə də diqqət etmək lazımdır.

Səbuhi Qəhrəmanzadə AQTA-nın Gəncə Regional bölməsinin böyük məsləhətçisi: Nəzarət tədbirləri zamanı tərəfimizdən istər mal əti, istər toyuq ətindən hazırlanmış dönərlərə Qida  Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş ekspedisiya aktına əsasən baytarlıq arayışı tələb olunur. Bundan əlavə sanitar qaydalara əməl olunması, işçi heyətin müayinədən  mütəmadi keçməsi, dönərlərin saxlanma qaydalarına əməl olunub olunmamasına nəzarət olunur. Mən bu çəkilişdən istifadə edib vətəndaşlarımıza demək istəyirəm ki, dönərxanalarda nöqsanlara rast gəlsələr AQTA-nın 1003 çağrı mərkəzinə mürtaciət edə bilərlər.

İstənilən qidanı alarkən tanıdığınız, keyfiyyətinə əmin olduğunuz məkandan almaq məsləhətdir. O ki qaldı dönərlərə, yaxşı olar ki, acından başınız dönəndə, əliniz çatacağı yeganə qida olarsa dadın, əks təqdirdə, əsla. Çünki can cahana bir dəfə gəlir...