• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2170
— 18.11.2022 20:08

İmtahanda fərqlənənlər mükafatlandırılıblar

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçiləri mükafatlandırılıb. Mərkəzin Gəncə bölməsi üzrə 1615 nəfərdən 729-u Nizami yurdunu təmsil edir. İmtahanlarda onlardan 77,3 faizi iştirak edib və şəffaflığı təmin edən, yüksək bal toplayan 50 nəfərdən artıq iştirakçının çalışdıqları məktəblərə təşəkkür məktubu göndərilib. 3 zal nəzarətçisi isə Dövlət İmtahan Mərkəzi tərəfindən fəxri fərmana layiq görülüb. Onlardan iksi Gəncə, 1 nəfəri isə Mingəçevir təmsilçisidir. Onlayn qaydada həmin nəzarətçilərlə görüş keçirilərək təltifləri özlərinə təqdim edilib.