• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 18.11.2022 16:08

EBRD Gəncədə su-kanalizasiya sistemlərinin yenidən qurulmasını maliyyələşdirə bilər

KepezTV Player

Avropa Yenidənqurma və İnkişaf Bankı Gəncə şəhərində su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsinə maliyyə dəstəyi göstərə bilər. Bunu qurumun sədr müavini Etibar Məmmədovla görüşdə bankın infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyeva bildirib. Azərbaycanda infrastruktur layihələrində iştirakdan məmnunluğunu vurğulayan Qordeyeva, sudan səmərəli istifadə, kəndlərin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib. *** O, Gəncədə içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb.