• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 17.11.2022 09:28

Azərbaycanda Milli Dirçəliş Günüdür

KepezTV Player

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atıb. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub. Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan edilib. Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. Azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.